Logo
news content
User
Kateqoriyalar

Xəbər

Matvienko: "Rusiya Ukrayna ilə sülh sazişləri imzalamağa hazırdır"

Rusiya Ukrayna ilə danışıqlara və sülhə gətirib çıxaracaq sazişlərin imzalanmasına açıqdır.

Bu sözləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienko Mozambik prezidenti Filipe Nyusi ilə görüşündə bildirib.

Matvienko deyib ki, Kiyevdən bununla bağlı reaksiya yoxdur.

Spiker Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı Mozambik prezidentinin mövqeyi ilə tam razı olduğunu bildirib.

Onun fikrincə, bunun üçün tərəflərin iradəsi çox vacibdir.