Logo
news content
User
Kateqoriyalar

Xəbər

Maskdan Zuckerberqə ittiham: “Həddindən artıq nəzarət edir”

“Tesla”nın baş direktoru İlon Mask “Meta”nın baş direktoru Mark Zuckerberqi ictimai müzakirələrə həddindən artıq nəzarət etməkdə günahlandırıb.

“Media mülkiyyəti baxımından, “Facebook”, “Instagram” və “WhatsApp”a sahib olan Mark Zuckerberq var və bu qurumlara nəzarət edəcək Mark Zuckerberq XIV var”, - Mask deyib.

Ehtimala görə, Mask yəqin ki, sərvəti və gücü əfsanəvi dərəcədə böyük olan "Günəş Kralı" - Kral XIV Lüdoviqi nəzərdə tutaraq fikrini ifadə edib.

“Bizdə “Twitter” belə olmayacaq”, deyə Mask əlavə edib.

O, həmçinin bildirib ki, “Twitter” “azad söz üçün inklüziv arena” rolunu oynaya bilər.

Qeyd edək ki, hazırda Mask “Twitter”in 9,1 faizinə sahibdir.