
Mask Amerika Partiyasının qeydiyyatı üçün müraciət edib
07 İyul 2025
İlon Mask "Amerika" siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.
Müvafiq sənəd qurumun portalında yerləşdirilib.
Bəyanata əsasən, partiya "Amerika" (America Party, AMEP) adlandırılacaq.
Müraciət 6 iyul tarixində göndərilib. Hazırda o, FEC-in müraciət və ərizələr reyestrində "emal edilməmiş" kimi qeyd olunur.