
Masallıda avtomobil aşıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb
09 May 2025
Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt-Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.
"Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisəhadisə yerində həyatlarını itiriblər. Avtomobildə olan daha 2 nəfər xəsarət alıb.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına 3 nəfər hospitalizasiya olunub. Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.
