Logo
news content
User
Kateqoriyalar

Xəbər

Marneulidə bazarda güllələnən azərbaycanlı gənc xəstəxanada ölüb

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.

Silahlı insident qızıl mağazasında qeydə alınıb.

Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Amma 27 yaşlı gənc bütün müdaxilələrə baxmayaraq xəstəxanada ölüb. Onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.