Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariupolun müdafiəsini dayandırmaq əmri verilib - "Azov" komandiri

“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmrini verib”.

Bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko videomüraciətində deyib.

Onun sözlərinə görə, həlak olan hərbçilərin nəşi Ukraynanın nəzarəti olan əraziyə təhvil veriləcək:

“Mülki sakinlər təxliyə edilib. Ağır yaralılara lazımi yardım göstərilib, onlar gələcək dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə çatdırılmaqla təxliyə edilib. Ölən qəhrəmanlara gəlincə, proses davam edir. Ümid edirəm ki, yaxın gələcəkdə qohumları və bütün Ukrayna əsgərlərini şərəflə dəfn edə biləcəklər”.