Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariupolda on minlərlə adam öldürülüb - Zelenski məhv edilmiş şəhər barədə

“Ukraynanın Mariupol şəhəri martın 1-dən Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Ən pis vəziyyət martın 1-dən rus əsgərlər tərəfindən blokadada olan cənub liman şəhərimiz Mariupoldadır. Bu, yarım milyon insanın yaşadığı bir şəhər idi. Yarım milyon insan... İşğalçılar buranı mühasirəyə aldılar və ora yemək və su gətirməyə belə imkan vermədilər. Şəhəri vəhşicəsinə ələ keçirməyə çalışdılar, orada hər şeyi məhv etdilər. Mariupol yox edildi. On minlərlə ölü var. Bununla belə, ruslar hücumu dayandırmayıb”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 47 gündür ki, davam edir.