Maqomed Ramazanov Dağıstanın Baş naziri vəzifəsinə təsdiq edilib
13 May 2026
Dağıstan (RF) Xalq Məclisinin deputatları Maqomed Ramazanovu respublika hökumətinin sədri vəzifəsinə təsdiq ediblər.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Gizli səsvermə zamanı deputatlar Ramazanovun təyinatını yekdilliklə dəstəkləyiblər.
Qeyd olunur ki, mayın 6-da Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin respublika hökumətini istefaya göndərərək, baş nazir vəzifəsini müvəqqəti olaraq Ramazanova həvalə edib.