Logo
news content
User
Kateqoriyalar

Xəbər

Manatı qoruyan hərrac: 7 ildə nə qədər valyuta satılıb?

Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2021-ci illərdə keçirdiyi valyuta hərraclarında 35,6 milyard ABŞ dolları məbləğində vəsait satıb. Satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar göstərilib.

2022-ci ilin yekun məlumatı hələ açıqlanmayıb. Valyuta hərraclarındakı 11 aylıq satış 4 milyard 589,4 milyon dollara bərabər olub. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon, iyulda 212,3 milyon, avqustda 440,5 milyon, sentyabrda 465,3 milyon, oktyabrda 321,9 milyon, noyabrda 410,2 milyon dollar alınıb.

Valyuta hərraclarının əsas məqsədi manatın qorunmasıdır. 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn ABŞ dolları 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. (Novator.az)