Malatyada zəlzələdən zərər çəkənlər üçün daha 21 min 622 konteyner qurulacaq
09 Aprel 2023
Türkiyə Fövqəladə Hallar qurumu (AFAD) fevralın 6-da baş verən zəlzələlərin Kahramanmaraşda böyük dağıntılara səbəb olduğundan sonra Malatyada daha 21 min 622 konteyner qurulacağını açıqlayıb.
Pressklub.az xəbər verir ki, AFAD-dan verilən açıqlamada, zəlzələlərin təsirli olduğu əyalətlərdə sığınacaq ehtiyacını ödəmək üçün konteyner şəhərlərinin qurulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Açıqlamada Malatyanın mərkəzində 36 nöqtədə 18 min 896, rayonlarda isə 21 nöqtədə 2 min 726 olmaqla cəmi 21 min 622 konteynerin quraşdırılmasının planlaşdırıldığı qeyd edilib.