Logo
news content
User
Kateqoriyalar

Xəbər

Makronun Ukraynaya səfəri gözlənilir

Fransa Prezidenti Emmanuel Makronun gələn həftə Ukrayna paytaxtı Kiyevə səfəri gözlənilir.

Bu barədə “Fiqaro” qəzeti yazıb.

KİV-in məlumatına görə, Makron səfəri zamanı Ukraynaya “Caesar” 155 m çağlı haubitsanın ikinci partiyasını tədarük etdiklərini açıqlayacaq.

Qeyd edək ki, Fransa artıq bu hərbi texnikanın birinci partiyasını Ukraynaya verib. Ondan döyüşlərdə istifadə edilir. Bu haubitsa 40 km-lik məsafədə yerləşən hədəfi vura bilir.

Ukraynadakı müharibəyədək Fransa ordusunda 76 “Caesar” olub.