
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
16 Mart 2025
Avropa Rusiya tərəfinin razılığı olmadan Ukraynaya qoşun yeridə bilər.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Parisien” qəzetinə müsahibəsində deyib.
O, Ukraynanı suveren ölkə adlandırıb.
“Əgər Ukrayna müttəfiq qüvvələrin öz ərazisində olmasını xahiş edirsə, bunu qəbul edib-etməmək Rusiyanın səlahiyyətində deyil,” – Makron qeyd edib.