Logo
news content
User
Kateqoriyalar

Xəbər

Luvr Muzeyində “Mona Liza” əsərinə hücum edilib - VİDEO

Parisdə Luvr Muzeyində bir ziyarətçi Leonardo da Vinçinin “Mona Liza” kimi tanınan “Cokonda” əsərini tortla bulayıb.

Bu barədə G1 nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bir kişi böyük izdihamın içində məşhur rəsm əsərinə tort atıb.

Mədəniyyət müəssisəsinin mühafizəsi az sonra yeməyi atan şəxsi kənarlaşdırıb və muzey işçiləri dərhal binanın təmizliyinə başlayıb. Dünyaca məşhur əsəri ləkələyən vandalın kimliyi və motivləri məlum deyil.

Eyni zamanda büllur lövhə ilə qorunduğu üçün rəsm özü bundan zərər görməyib.

Bu, “Mona Liza”ya edilən ilk hücum deyil. 2009-cu ildə bir turist stəkanı tabloya tərəf ataraq onu qoruyan şüşəni zədələmişdi.