Logo
news content
User
Kateqoriyalar

Xəbər

Luqanskda separatçıların “daxili işlər naziri” partladıldı - Ölən və yaralananlar var

Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd olub.

TASS xəbər verir ki, o, ağır yaralanıb. Separatçıların nümayəndəsi xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.

İqor Kornetə qarşı sui-qəsd nəticəsində yoldan keçən 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Bildirilib ki, yaralananlardan 4-nün vəziyyəti ağırdr.

Xəsarət alanlardan 3-ü mühafizə xidmətinin əməkdaşı olub.

Qeyd edək ki, Luqansk 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nəzarətində altındadır. Luqanskda separatçı bölgə Donbas müharibəsinin nəticəsində yaranıb.