Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko da Rusiyanın dağılmaq təhlükəsindən danışdı

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciət etmək qərarına gəlib.

Pressklub.az xəbər verir ki, müraciətində o bəyan edib ki, Ukrayna ilə müharibədə ilkin şərtsiz atəşkəs elan olunmalı, hərbi qüvvələrin, silahların və texnikanın yerdəyişməsi dayandırılmalıdır.

“Əgər Qərb fasilədən aldatmaq üçün istifadə edəcəksə, Rusiya da hərbi-sənaye kompleksinin və ordusunun bütün gücündən - fosforlu sursatlardan, zənginləşdirilmiş və zənginləşdirilməmiş urandan istifadə etməlidir”, - deyə A.Lukaşenko bildirib.

Belarus lideri heç kimin ondan gözləmədiyi ifadə işlədib. O deyib ki, Kremldə vəziyyətin Rusiyanın parçalanması ilə nəticələnəcəyini anlasalar, “ən dəhşətli” silaha əl atılacaq.

Lukaşenko ən yaxın müttəfiqi Rusiyanın qələbəsinə inamını bu dərəcədəmi itirib ki, artıq onun parçalanması versiyasından danışır.