Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lombarddan pul götürənlərin nəzərinə - VİDEO

Lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.

Millət vəkili Vüqar Bayramov bununla bağlı təfərrüatları “Xəzər Xəbər”ə açıqlayıb.

Deputat bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün vacibdir. Çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq.