Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lisenziya yoxdur! ABŞ Rusiyanı defolta sürükləyir

ABŞ Maliyyə Nazirliyi Rusiyanın xarici borcuna xidmət göstərmək üçün ödənişlər etməyə icazə verən lisenziyanın müddətini uzatmayacağını açıqlayıb

Müvafiq rəsmi bildiriş nazirliyin saytında dərc edilib.

Bildirlib ki, lisenziyanın müddəti mayın 25-də Moskva vaxtı ilə saat 07:01-də (Bakı vaxtı ilə 08:01 - red.) başa çatıb.

OFAC lisenziyası RF Maliyyə Nazirliyinin və Rusiya Bankının borc öhdəlikləri üzrə ödənişləri almaq üçün lazım olan əməliyyatlara icazə verirdi. O, Rusiyaya qarşı sərt sanksiyaların tətbiqindən dərhal sonra işə salınıb.