Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov Ukraynaya silah verən ölkələrə xəbərdarlıq edib

Xarici işlər naziri Sergey Lavrov Ukraynaya Rusiyanı vura biləcək silahlar verməmək barədə Qərbə xəbərdarlıq edib.

Bu barədə nazir "RT Arabic" telekanalına müsahibəsində bildirib.

"Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Zelenski açıq şəkildə bu cür silahları tələb edir.