Lavrov: “Laçın dəhlizində texniki yoxlama vasitələri quraşdırıla bilər“
28 Fevral 2023
Laçın dəhlizi rejimi üç tərəfin imzaladığı sənədlərə uyğun olmalıdır, yalnız mülki və humanitar yüklər üçün istifadə olunmalıdır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra brifinq zamanı bildirib.
"Biz sülhməramlı kontingentin vasitəçiliyilə tərəflərlə əlaqələrimiz zamanı buna nail oluruq. Orada nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmayıb, lakin bu yol ilə daşınanlara dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür", - Lavrov deyib.
Qeyd edək ki, bundan öncə Bakı dəfələrlə Ermənistanı Laçın dəhlizilə Qarabağa hərbçi, silah və minalar daşımaqda ittiham edib. Həmçinin erməni separatçılar tərəfindən qanunsuz işlənilən mədənlərdən çıxarılan qızıl Qarabağdan qanunsuz olaraq daşınıb.