Lavrov: Ermənistan KTMT missiyasını yerləşdirsəydi...
17 May 2023
Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı sənədi imzalasaydı, daha sabit vəziyyət qazanardı. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində deyib.
“2022-ci ilin payızında KTMT-nin Yerevan sammiti üçün erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq, KTMT-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanıb. Yerevan artıq razılaşdırılmış sənədi təsdiqləsəydi, onun imzalamağa və qüvvətə minməsinə hazır qalsaydı, əminəm ki, Ermənistan qalib gələrdi və daha sabit vəziyyət əldə edərdi”, - Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri vurğulayıb ki, sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılıb: "Son anda sammitin özündə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o, kağız şəklində qalır və həyata keçirilə bilmir".
Ötən ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Yerevan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Paşinyan tədbirdə KTMT-ni 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib.
Qurumun sədrliyini Ermənistandan təhvil alan Belarusun prezidenti Alyaksandr Lukaşenka deyib ki, imzalanma üçün təqdim olunan sənədə Yerevanın iki düzəlişi qəbul olunmayıb. O, bu bəndlərin nədən ibarət olduğunu açıqlamayıb. Rəsmi Yerevan da sənədə hansı düzəlişləri təklif etdiyini açıqlamayıb.
KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Yerevan sammitində olanlar