Logo
news content
User
Kateqoriyalar

Xəbər

Latviya Belarus və Rusiyanın 152 yük maşınını geri qaytardı

Latviya sərhədçiləri Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar Rusiya və Belarusa məxsus 152 yük maşını ölkəyə buraxmayıb.





Bu barədə ERR portalı məlumat yayıb.

Qeyd edək ki, ilkin vaxtda sürücülərin yeni məhdudiyyətlərdən xəbəri olmayıb, lakin gün ərzində məlumat yayılıb. Bundan sonra Rusiya və Belarusdan yük maşınlarının axını kəskin şəkildə azalıb.

Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusa məxsus müvafiq nəqliyyat vasitələrinin ittifaq ölkələrinə daxil olmasını, o cümlədən tranzit malların daşınmasını qadağan edən yeni sanksiyalar paketini təsdiqləyib.