Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçında insana aid kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.