Logo
news content
User
Kateqoriyalar

Xəbər

Laçın yolu üzərində ermənilər üçün humanitar dəhliz və qəbul məntəqələri yaradılıb

Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.

Pressklub.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.

Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Digər müraciətdə isə deyilir ki, heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır.

“Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir”, - müraciətdə vurğulanır.