Kreml: Ukraynadan cavab gözləyirik, layihə göndərmişik
20 Aprel 2022
Rusiya Ukraynaya konkret sənəd layihəsini göndərib və cavab gözləyir.
TASS xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezident qeyd edirdi ki, Ukrayna tərəfi mütəmadi olaraq öncə əldə olunmuş razılaşmalardan, öz sözlərindən yayınır. Bu, danışıqların effektivliyi baxımından çox pis nəticələrə səbəb ola bilər. Hazırda bizim sənəd layihəsi Ukrayna tərəfinə verilib. Top onların tərəfindədir, cavab gözləyirik”,- deyə o bildirib.
Peskov, həmçinin qeyd edib ki, cavab müddəti Kiyevdən asılıdır. "Biz dəfələrlə demişik ki, Ukrayna tərəfinin işinin dinamikası ürək açan deyil, ona görə də ukraynalılar danışıqlar prosesini aktivləşdirməyə böyük meyl göstərmirlər".