Kreml: "Putin Ukraynadakı vəziyyətlə bağlı istənilən danışıqlara hazırdır"
16 İyun 2023
“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətin həlli variantlarını müzakirə etmək üçün istənilən təmaslara açıqdır”.
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, V.Putin Ukraynada vəziyyətin nizamlanmasına gətirib çıxara biləcək istənilən ideyanı dəstəkləyir.
D.Peskov Ukrayna probleminin Rusiya sərhədlərindəki anti-Rusiya gücləri ilə bağlı olduğunu söyləyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.