Kreml Dneprdəki faciəni Ukraynanın üstünə atdı
16 Yanvar 2023
Kremlin rəsmi sözçüsü Dmitri Peskov Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli yaşayış binasının atəşə tutulmasında Ukrayna tərəfini ittiham edib.
Bu barədə məlumatı “Kommersant” yayıb.
Peskovun sözlərinə görə, rusiyalı hərbçilər evlərə və yaxud sosial infrastruktur obyektlərinə zərbə endirmirlər: “Zərbə aydın və yaxud gizlədilmiş hərbi hədəflərə endirilir. Ukrayna tərəfinin bəzi nümayəndələrinin gəldiyi qənaəti özünüz də görmüsünüz. Orada deyilir ki, bu faciə hava hücumundan müdafiə vasitələrinin fəaliyyətinin nəticəsi olub”.
Xatırladaq ki, yanvarın 14-ü Dneprdə 9 mərtəbəli binanın atəşə tutulması nəticəsində 40 nəfər həlak olub, daha 75 nəfər isə yaralanıb.