Kraliça və 90 manatlıq libas: Tədbirdə maraqlı hadisə yaşandı - Fotolar
05 May 2022
Dünyanın ən zövqlə geyinən qadınlarından biri olaraq tanınan İspaniya kraliçası Letisiya qatıldığı tədbirlərin birində maraqlı hadisə ilə üzləşib.
“Hürriyet” xəbər verir ki, 49 yaşlı kraliça bir tədbirə qatılmaq üçün Merida şəhərinə gedib.
O, burada tədbirin keçiriləcəyi zala daxil olduqda heyrətini gizlədə bilməyib. Belə ki, Sevilya universitetinin professoru İnmakulada Vivas Tesonun üzərində kraliçanın geyindiyi libas olub. Üstəlik, professor da kraliça kimi eyni cür qara kəmər və qara ayaqqabıdan istifadə edib.
Tərəflər bu təsadüfü təbəssümlə qarşılayıb.
Qeyd edək ki, sözügedən geyimi İspaniya brendi “Mango”dan 49,99 avroya (90 AZN) əldə etmək mümkündür. (Qafqazinfo)