Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kosovo barıt çəlləyinə çevrilib: Serblər NATO əsgərlərinə hücum ediblər

Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun beynəlxalq missiyasının 20-dən çox əməkdaşı yaralanıb.

TASS xəbər verir ki, bu barədə missiyanın yaydığı məlumatda deyilir.

"Zveçan bələdiyyəsində keçirilən etiraz nümayişçilərinin qarşısının alınması zamanı çoxmillətli kontingentin 25-ə yaxın hərbçisi yaralanıb", - məlumatda qeyd edilir.

Bildirilir ki, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Onlara tibbi yardım göstərilib, hazırda həkim nəzarətindədirlər.

Missiya komandiri Ancelo Mişel Ristuçça vurğulayıb ki, NATO bölmələrinə əsassız hücumlar qəbuledilməzdir və missiya mandatını qərəzsiz yerinə yetirməyə davam edəcək.