Koronavirusun təhlükəli və aqressiv ştamı aşkarlanıb
30 May 2022
ABŞ-da koronavirusun həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib.
Bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, hazırda ABŞ-da dominant olan ştam “omikron” “ailə”sinin üzvüdür, lakin alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.
“Bu mutant həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirdiyindən virusun əvvəllər əldə edilmiş immunitetdən yayınmasına imkan verir, xüsusən də “omikron”la yoluxanların”, - Texasdakı Hyuston metodist məktəbinin patoloqu doktor Uesli Lonq deyib.
Oxşar genetik dəyişikliklər Cənubi Afrikada üstünlük təşkil edən və BA.4 və BA.5 kimi tanınan “omikron” ştamlarında da mövcuddur. Onlar “delta” ilə eyni mutasiyaya malikdirlər.
ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.