Logo
news content
User
Kateqoriyalar

Xəbər

Koronavirusun sonu gəlir - Dünya üzrə ölüm sayı 43 faiz azalıb

Son bir həftə ərzində doqquz milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 26 mindən çox insan dünyasını dəyişib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Bildirilir ki, ölənlərin sayı əvvəlki yeddi günə nisbətən 43%, yoluxmaların sayı isə 16% azalıb.

Əvvəlki həftə ilə müqayisədə (martın 21-dən 27-nə kimi) yoluxanların sayında ÜST-ün bütün altı regionunda azalma qeydə alınıb. Bu, xüsusilə Afrikada (19%), Avropada (16%) və Qərbi Sakit okean regionunda (16%) özünü göstərib. Ölümün azalması da bütün regionlarda qeydə alınıb, nəzərəçarpacaq dərəcədə azalma Cənub-Şərqi Asiya (73%) və Amerikada (63%) olub.

ÜST-dən bildirilib ki, SARS-CoV-2 təkamülə davam edir.

“Mövcud yüksək ötürülmə səviyyəsini nəzərə alaraq, böyük ehtimalla, rekombinantlar da daxil olmaqla, (koronavirusun) başqa variantları ortaya çıxacaq”, - deyə bülletendə vurğulanıb.