Konqresə Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib
13 Yanvar 2026
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Rendi Fayn (Florida ştatından respublikaçı) Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə nəzərdə tutan qanun layihəsi təqdim edib.
Bu barədə qurumun veb saytında dərc olunmuş açıqlamada bildirilib.
Qanun layihəsinə əsasən ABŞ Prezidenti Danimarka Krallığı ilə danışıqlar aparmaq, Qrenlandiyanı ilhaq etmək və ya başqa şəkildə onu ABŞ ərazisi kimi əldə etmək də daxil olmaqla zəruri tədbirlər görmək səlahiyyəti alır. Bundan sonra Qrenlandiyanın ABŞ-nin ştatı hesab ediləcəyi güman olunur.
R.Faynın sözlərinə görə, təşəbbüs ABŞ-nin Arktikadakı milli maraqlarını qorumaq, Çin və Rusiyadan artan təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıyır.
Ağ Ev öz növbəsində bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı Amerika ərazisi etməkdə maraqlıdır, çünki o, Rusiyanın və ya Çinin adaya iddia edə biləcəyindən ehtiyatlanır. Bu barədə isə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Tramp əvvəllər ABŞ-nin Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə çalışdığını qeyd edib, əks halda ada "sonda Çin və ya Rusiyanın təsiri altına düşə və ya hətta düşmənçilik yolu ilə ələ keçirilə bilər. Livitt bunun ABŞ, Avropa və ya Qrenlandiya üçün yaxşı olmayacağını vurğulayıb.
K.Livitt əlavə edib ki, Qrenlandiyanın ABŞ tərəfindən mümkün ilhaqı təkcə Birləşmiş Ştatların deyil, həm də Qrenlandiyanın özünün maraqlarına xidmət edə bilər.