Koncoryan və Aleksanyan Ermənistan parlamentinin sədr müavinliyinə namizəd irəli sürülüblər
30 İyun 2026
Hayk Koncoryan və Vaaqn Aleksanyan Ermənistan parlamentinin sədr müavinləri vəzifələrinə namizəd irəli sürülüblər.
Ermənistan mediası xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Daha əvvəl Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd seçilib. Buna qədər o, Ermənistan parlamentinin sədr müavini vəzifəsini tuturdu.