Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kommunikasiyalar necə açılacaq? - Armen Qriqoryan çətin suallara cavab verib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı suallara cavab verib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə danışıqlarından sonra mayın 22-də verilmiş bəyanatında deyilirdi ki, tərəflər Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi və Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə kommunikasiyaların açılmasına dair razılaşma əldə ediblər.



AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Qriqoryan “Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə” ifadəsini izah edib: “Söhbət ondan gedir ki, məsələn Ermənistan vətəndaşları və yükləri Yerasxdan Meğriyə və ya əksinə çatmaq üçün Naxçıvan Muxtar Vilayətinin ərazisindən keçəcəklər. Eyni prinsiplər üzrə Azərbaycan vətəndaşları və yükləri də Horadizdən Naxçıvana Ermənistan ərazisi ilə keçəcəklər”.

Ermənistanın bir hissəsindən başqa hissəsinə...

Azatutyunun yazdığına görə jurnalistlər maraqlanıblar ki, Ermənistanın bir hissəsindən başqa hissəsinə keçilməsi üçün niyə Naxçıvan ərazisindən istifadə olunmalıdır?

Armen Qriqoryan bunu belə izah edib ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən dəmir yolu Naxçıvandan keçir.

Qriqoryan deyib: “Müzakirə olunan mövzu regionda bütün kommunikasiyaların açılmasıdır. Buna görə də bu açılmanın prinsipləri məsələsi həll olunmalıdır. Müzakirələr bu məntiqlə gedir”.

Armen Qriqoryan xatırladıb ki, habelə Ermənistan Respublikasının Naxçıvan ərazisi ilə İrana və Azərbaycanın şərq regionları vasitəsilə Rusiyaya çıxışı müzakirə olunur.