Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kök adamlar xərçəngə daha tez tutula bilərlər

Uşaqlıqda yüksək bədən kütlə indeksinə (BKİ) malik olan insanlar cavanlıqda normal çəkiyə malik olsalar belə, sonrakı həyatlarında piylənmə ilə əlaqədar daha yüksək xərçəngə tutulma riskinə məruz qalırlar.

Alimlər bu qənaətə İsveç Heteborq universitetində aparılmış yeni tədqiqatların nəticələri ilə əlaqədar gəliblər.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, nəticələr fərdi risklər barədə heç bir məlumat vermir. Lakin əhali səviyyəsində elmi nəticələr yüksək fəallıq və erkən müdaxilə tələb edir.

Nəticələr piylənmə ilə əlaqədar xərçəngə qarşı profilaktik tədbirlərə erkən yaşlarda başlamaq lazım olduğunu göstərir. Alimlər qeyd ediblər ki, əhali səviyyəsində ictimai sağlamlığa cavab verən, qərar qəbul edən şəxslər bütün uşaqların sağlam həyat hüququna ciddi yanaşırlarsa, onlar həyatın ilk illərində səylərini aktivləşdirməlidirlər.

Tədqiqatların nəticələri “Cancer Communications” jurnalında dərc edilib.