Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyevin tank problemi həlli olunur - "Leopard"lar tezliklə "T-90"-ları "basıb yeyəcəklər"


Almaniyanın xarici işlər naziri Anna Berbok bildirib ki, əgər Polşa Ukraynaya "Leopard 2" tanklarını vermək istəsə, ölkəsi buna mane olmayacaq.





Rəsmi Kiyev Rusiyanı məğlub etmək üçün qərb ölkələrini Almaniya istehsalı olan tankları Ukraynaya göndərməyə çağırıb.





Ukraynanın xarici işlər naziri Dmytro Kuleba BBC-yə bildirib ki, Almaniya “ukraynalı əsgərlərin həyatını xilas etmək” gücündədir.




Hələlik Almaniya buna razılıq verməyib və ölkənin ixrac qanunları Polşanın təklifinə də əngəl yaradır.





Bazar günü Berbok Polşanın ixrac icazəsi ilə bağlı müraciət etmədiyini deyib.





“Hazırda belə bir müraciət yoxdur, əgər Polşa tərəfindən təklif gələrsə, buna mane olmayacağıq”, - almaniyalı nazir Fransanın LCI TV-yə müsahibəsində qeyd edib.





Polşanın Baş naziri Mateuş Moraviecki bazar ertəsi bildirib ki, təmsil etdiyi hökumət icazə üçün Berlinə müraciət edəcək. O əlavə edib ki, hətta bununla bağlı Almaniya ilə ortaq məxrəcə gəlinməsə belə, Polşa tankları Ukraynaya göndərəcək.





“Əgər kiçik koalisiya çərçivəsində bu məsələdə konsesusa gələ bilməsək, biz digər texnikalarla birlikdə tankları Ukraynaya göndərəcəyik”, - Moraviecki deyib.





Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Jozef Borrel "Leopard" tanklarının ixracı ilə bağlı Almaniyanın digər Avropa İttifaqı ölkələrinə qadağa qoymayacağını bildirib.





Avropalı rəsmi vurğulayıb ki, Ukraynaya dəstək, sadəcə, tanklarla məhdudlaşmamalıdır.





Ukraynanın xarici işlər naziri BBC-yə müsahibəsində "Leopard" tanklarını göndərmək istəyən ölkələri “dərhal və rəsmi şəkildə Almaniya hökumətinə müraciət etməyə” çağırıb.





“Bu addım bütün vəziyyəti aydınlaşdıracaq və bizə Almaniyanın mövqeyini görməyə imkan verəcək. Bunu dərhal etmək lazımdır”, - ukraynalı nazir deyib.





Kuleba milli televiziyaya müsahibəsində Almaniyanın tankları göndərəcəyinə “əmin olduğunu” bildirib.





“Biz artıq Britaniyanın "Challenger"lərini almışıq. Onlar bunun mümkün olmadığını deyirdilər. Sonda həmişə arzuladığımız nəticəni əldə edirik. Almaniya tanklarını da alacağıq”, - Dmitro Kuleba qeyd edib.









Rusiya, Ukrayna, müharibə, münaqişə






Ötən həftə Moraviecki Polşanın 14 ədəd "Leopard 2" tanklarını Kiyevə verməyə hazır olduğunu açıqlayıb.





Polşa Prezidentinin xarici siyasət üzrə müşaviri Marcin Przydacz bazar ertəsi günü Almaniyanın xarici işlər nazirinin açıqlamasını müsbət qarşıladığını, lakin Almaniyanın yekun qərarının Kansler Olaf Şoltsun dilindən eşitmək istədiyini vurğulayıb.





Görünür danışıqlar və diplomatik fəaliyyət nəticəsində Polşa Almaniyanın mövqeyini dəyişməyə nail ola bilib”, Przydacz Polşa radiosuna müsahibəsində deyib.





Buna baxmayaraq, Polşa istəyir ki, Berlin və NATO-da yer alan digər müttəfiqlər də öz "Leopard" tanklarını Ukraynaya göndərsinlər, çünki rəsmi Varşava 14 "Leopard" tankının Ukraynadakı döyüşlərə ciddi təsir etməyəcəyini düşünür.





Bu arada, Rusiya Dumasının spikeri Vyaçeslav Volodin ABŞ və NATO-nun Ukraynaya dəstəyinin “dəhşətli müharibə” riski yaratdığını bildirib. O əlavə edib ki, Ukrayna ona verilən silahlarla “bizim əraziləri ələ keçirmək və sivil şəhərləri hədəf almaqda istifadə edə bilər ki, bu da Rusiyanı daha güclü silahlardan istifadə etməyə vadar edər”.





"Leopard 2" tankları Rusiyanın Ukrayna ərazilərinin işğalında istifadə etdiyi "T-90" tankları ilə rəqabət aparmaq üçün hazırlanıb.





Ehtimallara görə, dünyada 2 mindən çox "Leopard" tankı var və Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı məğlub etmək üçün 300 Leopard 2 tankına ehtiyac olduğunu bildirib.





Mövcud qanunvericiliyə görə, Almaniya istehsal etdiyi tankların Polşa kimi digər ölkələr tərəfindən üçüncü dövlətə ixracına sanksiya tətbiq etməlidir.





Cümə günü 50 müttəfiq ölkənin birgə iclasından sonra Almaniya tank təchizatı ilə bağlı və ya ixrac lisensiyası barədə hər hansı açıqlama verməyib. Lakin görüş çərçivəsində ölkələr birmənalı şəkildə tank ixracının qadağan edilməsinə qarşı olub.





Estoniya, Latviya və Litva xarici işlər nazirləri şənbə günü birgə bəyanat yayaraq, Almaniyanı “dərhal Ukraynanı "Leopard" tankları ilə təchiz etməyə” çağırıb.


Bu arada Almaniyanın hərbi sənaye konserni “Raynmetall” (Rheinmetall) hökumət icazə verən kimi 139 "Leopard" tankını Ukraynaya təhvil verməyə hazırdır.

Bununla belə, onlardan yalnız əllisi müasir "Leopard 2" olacaq və onların əksəriyyətini bir ildən tez tədarük etmək mümkün olmayacaq.

Konsernin sözçüsü Almaniyanın “RND” media qrupuna bildirib ki, şirkət bu ilin aprel-may aylarında “dairəvi mübadilə” üçün nəzərdə tutulan 29 "Leopard 2A4"-ü təhvil verməyə hazır olacaq.

Onun sözlərinə görə, eyni modifikasiyalı daha 22 "Leopard"-ın təmiri təxminən bir il çəkəcək və onlar 2023-cü ilin sonu və ya 2024-cü ilin əvvəlində təhvil veriləcək.

Bundan əlavə, “Raynmetall” daha 88 köhnə "Leopard 1"-i çatdıra bilər. Onların istismara hazır olub-olmaması və ya hazır deyilsə, nə vaxt hazır olacaqları barədə sözçü məlumat verməyib.



"Leopard" tanklarına niyə bu qədər ehtiyac var?




Kris Patridj





BBC-nin silahlar üzrə analitiki





Dünya silah sinfinin ən üst modellərindən olan "Leopard 2" tankları onlarla ölkənin hərbi arsenalında mövcuddur.





Ukrayna bu tankları Rusiya qüvvələrinə qarşı müdafiə gücünü artırmaq baxımından vacib element kimi görür.





"Leopard" tanklarından Əfqanıstan və Suriyada döyüş əməliyyatlarında istifadə olunub.





Bu tankı Ukrayna üçün cazibəli edən əsas məqam ondan ibarətdir ki, istehsal edilən "Leopard"ların təxminən üçdə ikisi Avropadadır. Ona görə də Kiyev hesab edir ki, "Leopard" tanklarını müharibəyə cəlb etmək daha asandır. Bundan əlavə, "Leopard" tanklarının döyüşə hazırlığı və təmiri çox asandır.





Bu arada Almaniyanın Ukraynaya həyati əhəmiyyətə malik "IRIS-T" və "Patriot" yer-hava raketləri kimi hava hücumundan müdafiə sistemləri, eləcə də zirehli transportyorlar verdiyini də qeyd etməliyik.





Olaf Şolts ənənəvi olaraq Almaniyanın hərbi münaqişələrə cəlb olunmasına şübhə ilə yanaşır və bu addımın Rusiya tərəfindən eskalasiyaya səbəb olacağından narahatdır.





Fransa isə Ukraynaya yüngül tankların göndərilməsində qərarlı olduğunu açıqlayıb və hətta Makron Fransa istehsalı olan "Leclerc" kimi ağır tankların da Ukraynaya verilə biləcəyinin mümkünlüyünü deyib.





Bugünədək Ukraynaya 14 "Challenger 2" tankı göndərən Böyük Britaniya da daxil olmaqla, digər Avropa ölkələri də Kiyevi tankla təchiz etməyə söz verib.