Logo
news content
User
Kateqoriyalar

Xəbər

KİV: ABŞ Ukraynaya döyüş təyyarələri verəcək

"ABŞ hökuməti bu gün Ukraynaya təyyarələr verməkdən imtina etsə də, bu son deyil. Bir müddət keçəndən sonra Vaşinqton hərbi təyyarələrini Ukraynaya verəcək".

Pressklub.az xəbər verir ki, bunu “Financial Times” nəşrinə ABŞ administrasiyasındakı mənbələr bildiriblər.

Vaşinqtondakı məlumatlı rəsmi şəxslər deyiblər ki, Ukraynanın qalib gəlməsi üçün zaman keçdikcə daha müasir təyyarələr veriləcək, yaxud üçüncü ölkələrin F-16 təyyarələrinin Kiyevə verməsinə qoyulan qadağa götürüləcək.

Mənbə onu da qeyd edib ki, bu gün NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasında Kiyevə qırıcı təyyarələr verilməsi məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, hazırda təyyarələrin alınması Ukrayna üçün ikinci dərəcəli hədəfdir. Kiyev üçün prioritet olan məsələ ordunun tükənməkdə olan sursat ehtiyatının bərpa edilməsidir.