Kişilər koronavirusdan qadınlara nisbətən niyə daha çox ölürlər?
02 Fevral 2022
Bu gün koronavirus pandemiyasının fenomenlərindən biri kişilərin qadınlara nisbətən bu xəstəlikdən daha çox hallarda həyatlarını itirməsidir.
Əvvəlcə alimlər bunun bioloji səbəbdən baş verdiyini zənn edirdi. Ona görə də güman edirdilər ki, estrogen inyeksiyaları ilə müalicə metodları kişilərdə ölüm riskini azalda bilər. Lakin ABŞ-da aparılan tədqiqatlar daha mürəkkəb mənzərə yaradıb.
Tədqiqatçılar güman edir ki, gender fərqlərdə sosial amillər, məsələn, işin xarakteri, davranış və sağlamlıqla bağlı problemlər əhəmiyyətli rol oynayır.
Yeni tədqiqatın müəllifi, Sent-Luisdəki Vaşinqton universitetinin bioloji antropoloq və mühəndisi Ketrin Li "Nyu-York Tayms" nəşrinə məlumat verib ki, onun qrupunun əldə etdiyi nəticələr tədqiqatçılara bütün 50 ştatdan 55 həftəyə koronavirusdan ölüm səviyyəsini analiz etməyə imkan verib.
Tədqiqatların nəticələrinə görə, milli səviyyədə kişilər və qadınlar arasında xəstəliyin göstəricilərində əhəmiyyətli fərq aşkar edilməyib. Lakin kişilər arasında ölüm halları qadınlara nisbətən daha yüksək olub.
Tədqiqatçıların fikrinə görə, cinslər arasında genetik, hormonal və ya immun sisteminin reaktivliyi nöqteyi-nəzərindən olan fərqlər, çox güman ki, ölüm göstəricilərində fərqi izah etmir. Amma sosial və davranış amilləri əldə edilən nəticələri izah edə bilər.
Məsələn, qadınlar kişilərə nisbətən əllərini daha tez-tez yuyur, maska taxır və sosial məsafəyə riayət edir.
Kişilərin çoxu fabriklərdə işləyir, nəqliyyatı idarə edir, tikintidə çalışır, orada koronavirusa yoluxmaq ə ölüm riski yüksəkdir.
Kişilər həbsxanaya düşmək və ya evsiz qalmaq riskinə daha çox məruz qalır ki, bu da riskləri yüksəldir.
Bundan başqa, hələ koronavirusdan öncə kişilərin müxtəlif xroniki xəstəliklər, risklərə meyllilik və təhlükəli sahələrdə işləmək səbəbindən yaşam müddəti daha az olub.
Lakin müstəqil ekspertlər deyir ki, tədqiqatçılar bu məsələdə biologiyanın təsirini tam istisna etməməlidir.
Biostatistik modellər sübut edir ki, gender fərqi xeyli dərəcədə kişilərdə daha çox güclü iltihabi reaksialarla izah edilə bilər. Bundan başqa, Con Hopkins adına qadın sağlamlığı mərkəzinin direktoru, mikrobioloq Barbara Klyaynın təqiqat qrupu koronavirusun dağsiçanlarına təsirini öyrənib və sübut olunub ki, dişi siçanlar virusa daha güclü reaksiya verir.
Digər tədqiqatlar göstərib ki, qadınlarda immun reaksiya kişilərə nisbətən daha güclü olub.