Keyfiyyətsiz dəmir yığını, yaxud Rusiya "Armata"dan niyə istifadə etmir
25 Yanvar 2023
Rusiya qüvvələri aşağı keyfiyyətli olduğu üçün T-14 "Armata" döyüş tanklarını istifadə etmək istəmir.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Rusiya az sayda T-14 "Armata" əsas döyüş tanklarını Ukraynadakı döyüşlərdə istifadə etmək üçün operativ yerləşdirmələr üzərində işləsə də, ordu bu tanklardan istifadə etməyə o qədər də həvəsli deyil.
"Rusiya qüvvələri son aylarda onlara ayrılan T-14-ün ilk tranşını qəbul etmək istəmirdi, çünki tanklar çox bərbad vəziyyətdə idi. Tankların hansı özəlliklərinin bu reaksiyaya səbəb olduğu dəqiq məlum deyil, lakin son üç il ərzində Rusiya rəsmiləri T-14-ün mühərriki və termal görüntü sistemləri ilə bağlı problemləri açıq şəkildə bildiriblər", - məlumatda qeyd olunub.
Kəşfiyyat xidməti xatırladıb ki, 2021-ci ildə Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci il üçün planlaşdırılan istehsal həcmini yalnız “eksperimental-sənaye” partiyası kimi təsvir etdiyi üçün indi Ukraynaya göndəriləcək hər hansı T-14 tankının istismara verilməsinin adi standartlara cavab verməsi ehtimalı azdır.