Keçmiş prezidentə ittiham irəli sürüldü - Dövlətə xəyanət edib!
26 May 2022
Moldovanın antikorrupsiya prokurorluğu keçmiş prezident İqor Dodona qarşı rəsmən ittihamlar irəli sürüb.
Rusiyayönlü siyasətçi dövlətə xəyanət və korrupsiya da daxil 4 maddə üzrə ittiham olunur.
Xəbər verilir ki, prokurorluq mayın 26-da Dodonun 30 sutkalıq həbs edilməsi üçün məhkəməyə müraciət edəcək.
Bundan əvvəl Dodon 72 saat müddətində saxlanmışdı.
Keçmiş prezident özünə qarşı ittihamları siyasi motivli adlandırır.
Saxlanmasından əvvəl Dodonun evində axtarış aparılmışdı.
İstintaqın versiyasına görə Dodon Moldova oliqarxı Vladimir Plahotnyukdan rüşvət alıb.
İstintaqın ixtiyarında 2019-cu ildə çəkilmiş video var.
Gizli kamera ilə çəkilmiş video
Gizli kamera ilə çəkilmiş videoda Plahotnyukun İqor Dodona qara rəngli paket ötürməyə çalışdığı görünür.
Dodon o zaman hələ fəaliyyətdə olan prezident idi. Videoda Dodon paketə toxunmur, amma deyir: “Siz yenə torba ilə gəlmisiniz?” Bundan sonra Dodon paketin hansısa “Kostyaya” verilməsini xahiş edir.
Bu videoda Dodon və Plahotnyuk habelə parlamentdə konstitusiya çoxluğu verəcək koalisiyanın yaradılmasını müzakirə edirlər.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Plahotnyuk Moldova siyasətinin “boz kardinalı”sayılırdı və onun Demokratik Partiyası ölkənin əsas siyasi qüvvələrindən biri idi.
Bir neçə il bundan əvvəl Plahotnyuk ona qarşı cinayət işinin qaldırılmasına görə bir müddət ölkəni tərk etmişdi. Bundan sonra onun tərəfdarları da siyasi nüfuzlarını itirməyə başlamışdlar.
O vaxt xəbər verilirdi ki, Plahotnyukla mübarizədə qərbyönlü müxalifət Dodonun tərəfdarları ilə həmfikir idi.
Rusiyada Plahotnyuk bir neçə cinayət işi üzrə keçir. Moskva onu beynəlxalq axtarışa verib.
Dodon rusiyayönlü siyasətçi sayılır və Putinin dəvətilə bir neçə dəfə Moskvada olub və Qırmızı meydanda keçirilən Qələbə paradında iştirak edib.