Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş deputatın evi yandı - FOTOLAR

Dünən günorta saatlarında Şəmkirdə iki ikimərtəbəli ev yanıb. Bu gün yanan evin keçmiş deputat Sona Əliyevaya məxsus olması üzə çıxıb.

Yanan ev vətəndaş Süleymanov Fuad Taptıq oğlunun adına olsa da, S.Əliyevaya məxsusdur. Belə ki, F.Süleymanov eks-deputatın qayınatasıdır.

Qeyd edək ki, yanğın ümumi sahəsi 280m² olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsindəki qarajda baş verib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev yanğından mühafizə olunub. (“Qaynarinfo”)