Katalikos Paşinyana qarşı: II Qaregin istefa çağırışının müddətsiz olduğunu bildirib
20 Aprel 2023
Bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın baş naziri Nikol Paşinyana etdiyi istefaya çağırışını müddətsiz olduğunu bildirib.
Pressklub.az Sputnik Armeniya-ya istinadla xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.
O, zamanında bir "ata" kimi etdiyi nəsihətin yaranmış vəziyyətdən çıxış yolu cəhdi ilə bağlı olduğunu izah edib.
"Ölkədə vəziyyət təhlükəli və həyəcanlı olaraq qalır. "Dağlıq" Qarabağın statusu ilə bağlı yanlış və qəbuledilməz bəyanatlar verilir. Xalqımız arasında dərinləşən parçalanma, səbirsik, dözümsüzlük ruhu narahatlıq doğurur", - katolikos bildirib.
Onun sözlərinə görə, bununla bağlı görüləsi işlər çoxdur. O hesab edir ki, mövcud problemlərin həlli və aradan qaldırılması yalnız milli potensialın tam cəmləşməsi ilə mümkündür və bu, hamı üçün prioritet məsələdir.
Xatırladaq ki, bütün ermənilərin katolikosu II Qaregin 8 dekabr 2020-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.