Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaqmı? - FOTO

“Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır”.

Pressklub.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.



O qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu, məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azadolmalar siyahısında deyil.

Deputat həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulduğunu qeyd edib.

“Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür:

1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar), o halda kartda olan pul vergiyə cəlb olunmur.

2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat * 10%).  Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.

Bir daha qeyd etmək istərdim, sizin kartınız sizə faiz gəliri gətirmirsə, heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz”, - deyə o bildirib.