Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kamran Əliyev: "Qarabağ separatçılarının liderləri azad edilməyəcək"

Azərbaycan ağır cinayətlər törətməkdə təqsirləndirilən 300-dən çox erməni separatçısını axtarışa verib, Baş prokuror Kamran Əliyev bu gün jurnalistlərə bildirib.

O qeyd edib ki,  əvvəlki dövrlərdə,  kinci Qarabağ müharibəsi zamanı, axtarışa verilmiş bir neçə nəfər saxlanılıb və barələrində artıq hökmlər çıxarılıb.

Kamran Əliyev onu da qeyd edib ki, Qarabağın keçmiş “prezidenti” Arayik Arutyunyan və ordunun keçmiş komandanı Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib. O, keçmiş separatçı liderlər - Arkadi Qukasyanın və Bakı Saakyanın taleyi barədə heç nə deməyib.

Baş prokuror Qarabağ separatçılarının liderlərinin azad edilməyəcəyini də vurğulayıb.

Son günlər Ermənistan tərəfi hazırkı “prezident” Samvel Şahramanyanın separatçı liderlərə amnistiya verilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.