Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalist Ülviyyə Əli həbs edilib - YENİLƏINİB

Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.

Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bundan əvvəl "Meydan TV"nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

***

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

Ülviyyə Əli "Meydan TV" işi ilə əlaqədar saxlanılıb.

Qeyd edək ki, "Meydan TV işi" üzrə Aynur Elgünəş (Qənbərova), Natiq Cavadlı, Şəmşad Ağa (Ağayev), Aytac Tapdıq (Əhmədova), Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə), Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülvi Tahirov həbs ediliblər.

Onlar qaçaqmalçılıqda ittiham olunurlar.