Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalist Mahir Xəttab saxlanılıb

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qurumdan bildirilib ki, ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.