İYİ partiyanın binası atəşə tutuldu - FOTO
31 Mart 2023
İstanbul şəhərində “İYİ Partiya”nın binasına silahlı hücum olub.
“Haberturk” xəbər verir ki, hadisə martın 31-nə keçən gecə baş verib.
Binanın pəncərəsinə iki güllə dəyib. Hücum edənlərin şəxsiyyəti hələ müəyyən olunmayıb.
İstanbul Valiliyi insidentlə bağlı cinayət işinin başlanıldığını açıqlayıb.
“İYİ Partiya”nın sədri Meral Akşener İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu ilə birlikdə partiyanın binasında yoxlama aparıb. Akşenerin sözlərinə görə, binanın birinci və üçüncü mərtəbəbələrinə atəş açılıb.
Daxili işlər naziri Süleyman Soylu da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib. O, hücumun təxribat olduğunu və polisin hadisəyə aydınlıq gətirmək üçün araşdırma apardığını deyib: “Lakin insidentin səbəbini müəyyən etmədən düşmənçilik yaratmaq həm təxribatdır, həm də bu mənfur hadisə ilə bağlı siyasi fürsətçiliyi yaymaqdır. Cinayətkar(lar) ən qısa zamanda tapılacaq”.