Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtkilər durmadan artır - Yaxın ölkələrin statistikası

Fevralın 8-nə olan beynəlxalq statistikaya görə, dünyada 398,2 milyon adam koronavirus infeksiyasına yoluxub, 215 ölkə, ərazi və məkanda 5,7 milyon ölüm qeydə alınıb. Novator.az bildirir ki, yaxın ölkələrdən ən çox Rusiya itki verib: 336023 nəfər.

İranda 132934, Ukraynada 101392, Türkiyədə 88970 nəfər koronavirus xəstəsi vəfat edib.

Digər yaxın ölkələr ölüm sayına görə belə sıralanır:

Gürcüstan – 15246 nəfər

Qazaxıstan – 13381

Moldova – 10776

Ermənistan – 8097

Litva – 7999

Belarus – 6159

Latviya – 4960

Qırğızıstan – 2909

Estoniya – 2065

Özbəkistan – 1588

Tacikistan – 124.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də rəsmiləşib. Son rəsmi hesabata görə, ölkədə ümumilikdə 703334 nəfər koronavirusa yoluxub, onların 8898-i vəfat edib. Aktiv xəstə sayı 45924 nəfər göstərilir.