Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsveçdə islamafobiya iğtişaşları - VİDEO

Danimarkalı sağçı radikal siyasətçi, “Hard Course” (Sərt Kurs) Partiyasının lideri Rasmus Paludanın İsveç turu Linçöpinq şəhərində və bir sıra yaşayış məntəqələrində iğtişaşlara səbəb olub.

“Euronews”un məlumatına görə, Polis miqrantların kompakt yaşadığı məhəllədə Quranın yandırılması nəzərdə tutulan mitinqə razılıq verib.

Ultrasağçı qrup aksiyanın keçirildiyi yerə gedə bilməyib.

Bununla belə Paludanın əleyhdarları ilə toqquşma zamanı hüquq-mühafizə orqanlarının 9 əməkdaşı yaralanıb, 10-dan çox polis maşını yandırılıb.

Qeyd edək ki, 2019-cu il seçkilərində “Hard Course” Partiyası yalnız 1,8% səslə Danimarka parlamentinə - Folketinqə daxil ola bilməyib.