Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbul boşalır! - Türkiyənin ən böyük şəhərində son 20 ilin ən böyük köçü yaşanır

Kahramanmaraşda baş verən dəhşətli zəlzələdən sonra insanlar qorxu hissindən xilas ola bilmirlər. Mütəxəssislərin tezliklə Mərmərə bölgəsində - İstanbul yaxınlığında böyük zəlzələ ola biləcəyi ilə bağlı xəbərdarlığı bu qirxunu bir qədər də artırıb.

Pressklub.az xəbər verir ki, Türkiyəni sarsıdan zəlzələlərdən və bölgə ilə bağlı xəbərdarlıqlardan sonra İstanbul sakinləri şəhər kənarına köç edirlər.

Son 10 gündə İstanbuldan gedənlərin sayının az qala son 20 ilin pik həddinə çatdığı bildirilir.

“Köçənlərin az olduğu mövsümün bu dövründə zəlzələdən əvvəl şirkətlərimizə gündə iki-üç nəfər zəng edirdi, indi isə bu rəqəm orta hesabla 20-25 adama çatıb. İstanbuldan, demək olar ki, hər bölgəyə köç var. Əsasən, evlərinin köhnəliyi ilə bağlı narahatlıqlarını dilə gətirirlər”, - deyə “Evdən Evə” Daşınma Dərnəyinin sədri Ali Ayılmazdır bildirib.

O deyib ki, İstanbulda, xüsusilə Avropa hissəsindən daha çox daşınma ilə bağlı müraciət alırlar.

“Beylikdüzü, Avcılar, Bağcılar, Sefaköy, Pendik və Kartal istiqamətindən daha çox Qara dəniz bölgəsinə tələbat var. Anadolu hissəsindən isə Kadıköydən köç edənlərin sayı yüksəkdir. İnsanların çoxu hələ zəlzələ testləri edir. Düşünürük ki, testlərdən sonra say artacaq”, - deyə o qeyd edib.

“Hayatoğlu Nakliyyat”ın daşınma şirkətinin sahibi Mehmet Bağlar isə bildirib ki, fevralın 6-dan sonra köhnə binadan çıxıb əşyalarını anbara vermək istəyənlərin sayı artıb.

“Əvvəllər həftədə iki-üç nəfər anbar üçün müraciət edirdi, indi bu rəqəm son bir həftədə 30-40 nəfərə yüksəlib. Bundan əlavə, şəhərlərarası nəqliyyat da artıb. Ege bölgəsinə bağ evlərinə gedənlər var. Həmçinin İstanbuldan Kocaeli və İzmit bölgələrinə çox sayda köç var”, - deyə o məlumat verib.

O vurğulayıb ki, İstanbula dönüş üçün demək olar ki, müraciət olmayıb. Mehmet Bağlar son 10 gündə İstanbuldan gedənlərin sayının, demək olar ki, son 20 ilin pik həddinə çatdığını ifadə edib. O həmçinin əlavə edib ki, tələb davam edəcəyi təqdirdə qısa müddətdə anbarlarda yer qalmayaq.