İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb
17 Mart 2026
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.
Bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.
Bundan başqa o, "Bəsic"in rəhbərinin öldürdüyü barədə də məlumat verib.
Qeyd edək ki, İsrail Hərbi Hava qüvvələri marıtn 17-də gecə İrana yeni zərbələr endirib. Bu zərbələrdən birinin hədəfinin Əli Laricani olduğu qeyd edilir.